AZ

Bu termos gözü kor edir

ABŞ-nin pərakəndə satış nəhəngi "Walmart" təxminən 850 min paslanmayan poladdan hazırlanmış termosu təhlükə yaratdığına görə geri çağırır.

 

ABŞ İstehlakçı Məhsulları Təhlükəsizlik Komissiyası (CPSC) bununla bağlı açıqlama yayıb.

 

Bildirilib ki, bu məhsullar ciddi zədə və partlayış riski daşıyır. Artıq iki nəfərin bu termoslara görə görmə qabiliyyətini itirdiyi məlum olub.

 

"Walmart" mağazalarında satılan "Ozark Trail 64 oz" termosunun qapaqları açılarkən istifadəçinin üzünə sıçrayır, bu isə ciddi travmaya səbəb olur. İndiyədək üç nəfərin bu səbəbdən xəsarət aldığı bildirilib, onlardan ikisi tamamilə kor olub.

 

Şirkət sözügedən termoslardan istifadə edən istehlakçılara məhsulu dərhal istifadə etməyi dayandırmağı və tam ödənişlə geri qaytarmaq üçün müraciət etməyi tövsiyə edir.

 

Oxu.az

Tarix: 13 İyul 2025, 09:58   
Seçilən
21
3
pravda.az

4Mənbələr