AZ

İlon Mask Grok çat-botuna 2 milyard dollar sərmayə yatırdı

​BAKI, 13 iyul. TELEQRAF

Amerikalı milyarder İlon Maskın sahibi olduğu "SpaceX" şirkəti, çat-bot Grok-un tərtibatçısı olan xAI şirkətinə 2 milyard dollar investisiya yatırıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, bu məbləğ Grok-un istehsalçısı tərəfindən cəlb edilmiş son investisiya paketinin təxminən yarısını təşkil edir. Bildirilir ki, "SpaceX"in bu yatırımı iyun ayında elan olunmuş 5 milyard dollarlıq ümumi səhm kapitalının bir hissəsidir.

Gözlənilir ki, 2025-ci ilin sonuna doğru xAI daha geniş həcmdə investisiya cəlb edəcək.

Seçilən
23
teleqraf.com

1Mənbələr