Rusiyanın ballistik raket ehtiyatları azalır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Kəşfiyyat məlumatlarına görə, hazırda Rusiyanın 250-dən çox “İsgəndər-M” və 50-yə yaxın KN-23 raketi var. Ukrayna sərhədi yaxınlığında belə raketləri buraxmağa qadir olan 60-dan çox buraxılış qurğusu yerləşdirilib:
“Mayın ortalarına olan məlumata görə isə Rusiyanın təxminən 580 bu tip ballistik raketi olub. Bu da ay yarım ərzində bu raketlərin arsenalının təxminən iki dəfə azaldığını göstərir”.