AZ

Ürək xəstəliyi olan insanlara kondisionerli hava zərərlidir? - Açıqlama

Kardioloq Anastasiya Malay bildirib ki, hipertoniya, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı və ya aritmiya kimi ürək xəstəlikləri olan insanlara kondisioneri xüsusi ehtiyatla yandırmaq tövsiyə olunur.

E-saglam.az xəbər verir ki, o, Lenta.ru-ya bu cihazın sağlamlığa gözlənilməz təsirindən danışıb.

Həkim xəbərdarlıq etdi ki, soyuq hava axını qan damarlarının refleks daralmasına səbəb ola bilər. Bu, qan təzyiqinin yüksəlməsi, ürək ritminin pozulması və orqanlara qan tədarükü problemləri ilə nəticələnə bilər.

Malay bildirib ki, kondisionerlər havanı susuzlaşdırır, xüsusilə yaşlı insanlarda nəzərə çarpmayan maye itkisinə səbəb ola bilər: "Susuzlaşdırma qanın viskozitesini artırır, bu da qan laxtalanma riskini artırır və ürəyə gərginlik yaradır".

Bundan əlavə, kardioloqun qeyd etdiyi kimi, vaxtında nəzarət olunmayan və təmizlənməyən kondisionerlər virus və bakteriyaların yayılması mənbəyinə çevrilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
14
e-saglam.az

1Mənbələr