Vitamin E güclü antioksidant olmaqla bədəni hüceyrə zədələnməsindən qoruyur, immunitet sistemini gücləndirir, dərini və gözləri dəstəkləyir. Lakin düzgün qidalanmamaq və bəzi xəstəliklər bu vacib vitaminin çatışmazlığına səbəb ola bilər.
E-saglam.az bildirir ki, aşağıdakı 6 əlamətə fikir verin – bəlkə də bədəniniz kömək istəyir.
1. Əzələ zəifliyi və yorğunluq
Vitamin E əzələ hüceyrələrini qoruyur. Çatışmazlıq nəticəsində əzələlər gücsüzləşir, tez yorulma, spazmlar və fiziki zəiflik müşahidə olunur.
2. Tarazlıq pozğunluğu və hərəkət çətinliyi
Bu vitamin sinir sistemini qoruyur. Qıtlığı koordinasiya pozğunluğu (ataksiya), yerimə çətinliyi və incə motor problemləri ilə nəticələnə bilər.
3. Uyuşma və karıncalanma
Əllərdə və ayaqlarda uyuşma, yanma hissi – sinirlərin zədələnməsi ilə bağlı periferik neyropatiyanın əlamətləridir.
4. Görmənin zəifləməsi
Vitamin E çatışmazlığı görmə pozğunluqlarına, işığa həssaslığa və retinal zədələnməyə səbəb ola bilər. Xronik vəziyyətlərdə görmə itkisinə gətirib çıxara bilər.
5. Tez-tez xəstələnmək
E vitamini zəif immunitetin qarşısını alır. Onun azlığı tez-tez infeksiyalara, soyuqdəyməyə və gec sağalmağa yol aça bilər.
6. Quru dəri və tökülən saçlar
Dəri quruluğu, kəpək, kövrək saçlar və zəif yara sağalması E vitamininin çatışmazlığından xəbər verir.
Vitamin E hansı qidalarda var?
Badam, günəbaxan tumu, ispanaq, avokado və zeytun yağı bu vitaminlə zəngin qidalardır. Bu məhsulları gündəlik menyunuza daxil etməklə sağlamlığınızı qoruyun.
Tərcümə: Könül Oruc
E-saglam.az