AZ

UTX polkovnikini qətlə yetirən Rusiya agentləri zərərsizləşdirildi

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) əməkdaşları polkovnik İvan Voroniçin qətlində iştirak edən Rusiya agentlərini Kiyevdə keçirilən xüsusi əməliyyatla zərərsizləşdirib.

UTX-nin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Ukraynaya göndərilən agent-döyüş qrupu polkovnikin izlənməsi və öldürülməsi əməliyyatını həyata keçirib.

Cinayəti bir kişi və bir qadın törədib, onlar polkovnikin marşrutunu əvvəlcədən öyrənərək iyulun 10-da Kiyevdə onu beş güllə ilə qətlə yetiriblər.

Xidmətdən bildirilib ki, əməliyyata şəxsən UTX rəhbəri Vasili Malyuk rəhbərlik edib. Axtarış nəticəsində cinayətkarlar aşkarlanıb və silahlı müqavimət göstərən şəxslər zərərsizləşdirilib.

Seçilən
9
far.az

1Mənbələr