Bakı. Trend:
İyulun 13-də Şərur rayon sakini 1991-ci il təvəllüdlü İbrahimovİbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğunaməlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası prokurorluğundan Trend-ə verilənməlumata görə, araşdırma zamanı Şərur rayonu Yuxarı Havuş kəndsakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlununrayonun Aşağı Daşarx kənd ərazisində əmisi və həmkəndlisi 1971-ciil təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsiüzərində aralarında yaranan mübahisə zamanı dəmir parçası iləxəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyənedilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Cabir İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqatəhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismindətutulub.
İbtidai istintaq davam edir.