AZ

İsrail ilk milli rabitə peykini orbitə buraxıb

İyulun 13-də İsrailin "Dror-1" rabitə peyki ABŞ-nin Florida ştatındakı Kanaveral kosmodromundan buraxılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Israel Aerospace Industries" şirkəti məlumat yayıb.

Qeyd olunub ki, "Dror-1" peyki İsrailin təxminən 15 il ərzində peyk rabitəsi ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.

O, İlon Maskın "SpaceX" şirkətinin "Falcon 9" daşıyıcı raketi vasitəsilə orbitə buraxılıb.

"Dror-1" 2018-ci ildə buraxılış aparatı ilə birlikdə partlayan "Amos-6" peykini əvəz etmək üçün İsrail hökumətinin tələbi ilə "Israil Aerospace Industries" tərəfindən yaradılıb.

"Dror-1" peykinin yaradılmasının dəyəri təxminən 200 milyon dollardır.

Bu peyk İsrailin tarixdə ilk milli rabitə peyki olacaq.

Seçilən
27
olke.az

1Mənbələr