AZ

Zelenski: Rusiya ötən həftə 1800-dən çox dronla Ukraynaya hücum edib

“Ukraynaya qarşı yeddi gün ərzində genişmiqyaslı Rusiya zərbələri endirilib, 1800-dən çox dron, 1200-dən artıq idarəolunan aviabomba və 83 raket”.

Aznews.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenski Telegram hesabındakı paylaşımında yayıb.

O qeyd edib ki, ruslar şəhərləri və icmaları daha da çox qorxutmaq üçün terror taktikasını gücləndirirlər:

“Lakin Moskvanın planlarına baxmayaraq, hava hücumundan müdafiə qüvvələrinin işi üzrə yaxşı nəticələr var. Xüsusilə dron-tutucu sistemlər özünü yaxşı tərəfdən göstərir – bu həftə ərzində artıq yüzlərlə rus-iran istehsalı olan dron vurulub. Həftə ərzində tərəfdaşlarla keçirilən hər görüş bu texnologiyanın genişləndirilməsi ilə bağlı olub”.

Seçilən
20
5
aznews.az

6Mənbələr