AZ

Keçmiş prezident Londonda vəfat etdi - FOTO


Nigeriyanın keçmiş prezidenti Muhammadu Buhari London xəstəxanasında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə onun köməkçisi Qarba Şehu "X" hesabında məlumat verib.

"Keçmiş prezidentin ailəsi Muhammadu Buharinin bu gün günortadan sonra London xəstəxanasında vəfat etdiyini elan etdi", - deyə Şehu yazıb.

Buhari 17 dekabr 1942-ci ildə anadan olub və 82 yaşında vəfat edib.

O, 1983-cü ilin dekabrında uğurlu hərbi çevrilişdən sonra Nigeriyanı ələ keçirib. İki il ölkəyə rəhbərlik edib.

2003, 2007, 2011 və 2015-ci illərdə bu vəzifəyə namizədliyini irəli sürərək Nigeriya prezidenti seçilib. O, 2019-cu ildə yenidən dövlət başçısı seçilib.



Seçilən
78
news24.az

1Mənbələr