AZ

“Niyə söndürdün?” — Air India təyyarəsindəki son sözlər faciənin sirrini açır

Hindistanın Aviasiya Qəzalarının Araşdırılması Bürosunun ilkin hesabatına görə, 260 nəfərin həyatını itirdiyi Air India təyyarəsinin qəzaya uğramasına səbəb yanacağın tamamilə kəsilməsi olub.

KONKRET.az xəbər verir ki, Bild-in yazdığına görə, pilot kabinəsindəki hər iki yanacaq açarı uçuşdan cəmi bir neçə saniyə sonra ardıcıl şəkildə söndürülüb və bu, mühərriklərə yanacaq axınını dayandırıb.

Kabində qeydə alınmış son dialoqda təlaş və anlaşılmazlıq hiss olunur:

«Niyə söndürdün?»
«Mən etmədim!»

Kimin bu sözləri dediyi hələ müəyyən edilməyib. Lakin məlumdur ki, uçuş zamanı sükanı ikinci pilot idarə edib, kapitan isə prosesi izləyib. Bu dialoqdan cəmi bir neçə saniyə sonra pilotlardan biri SOS siqnalı verib.

Hesabatda bildirilir ki, yanacaq verilişinin təsadüfən dayandırılması faktiki olaraq mümkünsüzdür – çünki həmin rejimə keçmək üçün öncə qollar qaldırılmalı, sonra xüsusi şəkildə çevrilməlidir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
22
konkret.az

1Mənbələr