Əsrlər əvvəl Osmanlı mətbəxində sevilən, bu gün isə sağlamlıq möcüzəsi kimi tanınan hindistan tamarindası şərbəti təkcə susuzluğu yatırmır, həm də diabet, həzm pozuntuları və zəif immunitetə qarşı təbii müdafiə rolunu oynayır.
E-saglam.az xəbər verir ki, Tamarinda ağacının meyvəsi olan hindistan tamarindası, şirin və turş dada malik tropik bitkidir. O, bağırsaqları işlədən, qaraciyəri təmizləyən və orqanizmi gücləndirən xüsusiyyətləri ilə tanınır.
1 stəkanla sağlamlıq: faydaları nələrdir?
Qan şəkərini tənzimləyir: Tədqiqatlara görə, demirhindi ekstraktı insulin ifrazını dəstəkləyir, bu da diabet xəstələri üçün faydalıdır.
Həzmə kömək edir: Tərkibindəki təbii turşular mədə turşusunu tarazlayır, qəbizliyi azaldır.
İmmuniteti gücləndirir: C vitamini və antioksidantlarla zəngindir, orqanizmi infeksiyalardan qoruyur.
Qocalmanı ləngidir: Polifenollar və flavonoidlər hüceyrələri sərbəst radikallardan qoruyur.
Ürək və damar sağlamlığı: Kalium və maqneziumla qan təzyiqini tənzimləyir, damarları qoruyur.
Dəriyə parlaqlıq verir: Sızanaq və dəri problemlərini azaldır, cavan görünüşə dəstək olur.
Detoks təsiri: Qaraciyəri təmizləyir və toksinlərin atılmasına kömək edir.
Necə hazırlanır?
100 qram hindistan tamarindası meyvəsi
6 stəkan su
1 ədəd təzə zəncəfil
2 darçın çubuğu
2-3 mixək
1-2 çimdik əhəng (linden)
1 budaq adaçayı (istəyə görə)
2 xörək qaşığı bal
¼ stəkan şəkər tozu
Hazırlanma qaydası:
Hindistan tamarindası meyvəsini soyub suya qoyun və bir gecə saxlayın. Ertəsi gün digər inqrediyentləri əlavə edib 1 saat qaynadın. Soyuyandan sonra süzüb soyuducuda saxlayın. Gündə 1 stəkan içmək tövsiyə olunur.
Qeyd: Bu məqalə yalnız maarifləndirici məqsəd daşıyır və tibbi məsləhət kimi qiymətləndirilməməlidir. Sağlamlığınızla bağlı sual və narahatlıqlar üçün həkiminizə müraciət edin.
Tərcümə: Könül Oruc
E-saglam.az