AZ

Zelenski Rusiyaya qarşı yeni zərbələrin anonsunu verdi

BAKI, 13 iyul. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın dərinliklərinə zərbələr endirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski hərbiçilərlə müşavirədən sonra öz “Telegram” kanalında bildirib.

“Bölmələrimiz düşməni məhv etməyə və qarşıdurmanı Rusiya ərazisinə keçirmək üçün hər şeyi edəcək. Yeni uzaqmənzilli zərbələr hazırlayırıq”, - Ukrayna Prezidenti yazıb.

O qeyd edib ki, Kiyev Rusiyanın öz hücum əməliyyatlarını inkişaf etdirmək niyyətlərini görür. Bununla yanaşı, Zelenski hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin ukraynalılara zərər vurmaq cəhdlərinin qarşısı Ukrayna Silahlı Qüvvələri sayəsində alınır. Onun sözlərinə görə, Rusiya ordusu “bu yay üçün komandanlığın gözləntilərindən xeyli geri qalıb”.

Seçilən
47
4
teleqraf.com

10Mənbələr