AZ

Zelenski: Rusiya keçən həftə Ukraynaya 1800-dən çox dronla hücum edib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın son bir həftədə ölkəsinə qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlarla bağlı məlumat paylaşıb.

KONKRET.az xəbər verir ki, onun Telegram kanalında yer alan açıqlamada deyilir:

“Son yeddi gün ərzində Rusiya Ukraynaya qarşı 1800-dən çox pilotsuz uçuş aparatı, 1200-dən çox idarəolunan aviazərbə və 83 raketlə genişmiqyaslı hücumlar həyata keçirib.”

Zelenski bu hücumların miqyasının bir daha göstərdiyini bildirib ki, Ukrayna davamlı müdafiə və beynəlxalq dəstək olmadan bu təzyiqlərə təkbaşına davam gətirə bilməz.

Natiq Səlim,
KONKRET.az

Seçilən
40
konkret.az

1Mənbələr