AZ

Yekaterinburqda termal kompleksdə 31 nəfər xlordan ZƏHƏRLƏNDİ

Rusiyanın Yekaterinburq şəhərində yerləşən “Baden-Baden” termal istirahət kompleksində xlordan zəhərlənənlərin sayı 31 nəfərə çatıb.

Viral.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Vilayət qubernatorunun müavini, səhiyyə naziri Tatyana Savinovanın rəhbərliyi ilə fəaliyyət göstərən operativ qərargahın məlumatına görə, ‘Baden-Baden’ kompleksində xlor qazından zəhərlənən Ural sakinlərinin sayı 31 nəfərə yüksəlib”, – məlumat vilayətin Səhiyyə Nazirliyinin “Telegram” kanalında paylaşılıb.

Son Yazılar:

Seçilən
19
1
viral.az

3Mənbələr