AZ

Nigeriyanın sabiq prezidenti vəfat edib

Nigeriyanın keçmiş dövlət başçısı Muhammadu Buhari Londonda yerləşən klinikalardan birində dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə mərhumun nümayəndəsi məlumat yayıb. Bildirilib ki, Buhari bu gün günorta saatlarında Londonda müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, 82 yaşlı Muhammadu Buhari prezidentliyi dövründə – 2017-ci ildə də uzun müddət Böyük Britaniyada müalicə almışdı. Onun xəstəliyi rəsmi şəkildə açıqlanmamışdı. 

 

Musavat.com

Seçilən
56
musavat.com

1Mənbələr