AZ

Şərurda qardaşı oğlunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu

İyulun 13-də Şərur rayon sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Senzor.az Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Mətbuat xidmətinə istinadən bildirir ki, araşdırma zamanı Şərur rayonu Yuxarı Havuş kənd sakini 1992-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun rayonun Aşağı Daşarx kəndi ərazisində əmisi və həmkəndlisi - 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsi üstündə aralarında yaranan mübahisə zəminində dəmir parçası ilə xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cabir İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam edir.

 

Seçilən
22
26
senzor.az

10Mənbələr