AZ

Zelenski yeni planı açıqladı: “Müharibəni Rusiya ərazisinə daşıyacağıq”

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin rəhbərliyi ilə geniştərkibli müşavirə keçirib. Müşavirədə cəbhədəki son vəziyyət, Rusiyanın müdafiə xətləri və Ukraynanın növbəti addımları müzakirə olunub.

Zelenski toplantıda bəyan edib ki, Ukrayna Ordusu artıq Rusiya Federasiyasına qarşı yeni uzaqmənzilli zərbələr üçün hazırlıqlar aparır. Prezident vurğulayıb:

“Biz müharibənin düşmən ərazisinə keçməsi üçün hər şeyi edəcəyik.”

Toplantıda Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı və digər yüksək rütbəli zabitlər də iştirak ediblər. Rəsmi məlumata görə, əsas mövzu cəbhədə əməliyyat imkanlarının genişləndirilməsi və xüsusilə Rusiyanın dərin arxa mövqelərinə zərbələrin gücləndirilməsi olub.

Hərbi ekspertlər hesab edirlər ki, bu strategiya Rusiyanın logistik mərkəzlərini, sursat anbarlarını və komanda idarəetmə strukturlarını hədəfə alaraq, onun döyüş potensialını zəiflətməyə yönəlib.

 

Musavat.com

Seçilən
27
1
musavat.com

10Mənbələr