Nigeriyanın keçmiş Prezidenti Muhammadu Buhari London klinikalarından birində dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə onun nümayəndəsi Qarba Şehu "X" sosial şəbəkəsində məlumat verib.
"Keçmiş prezidentin ailəsi Muhammadu Buharinin bu gün günortadan sonra London klinikalarından birində vəfat etdiyini elan edib", - deyə o yazıb.
Qeyd edək ki, Buharinin 82 yaşı var idi. Hələ prezidentliyi dövründə, 2017-ci ildə o, bir neçə ay Böyük Britaniya klinikalarından birində müalicə alıb. Dövlət başçısının xəstəliyi açıqlanmayıb.