Zaporojye Atom Elektrik Stansiyasında (AES) gecə saatlarında yüzlərlə atəş səsləri eşidilib. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bəyanat yayıb.
Turkustan.az xəbər verir ki, MAQATE-nin stansiyada olan əməkdaşlarının məlumatına görə, atəş səsləri saat 22:00 radələrində başlayıb və təxminən bir saat davam edib. Qrossi bu hadisəni “qeyri-adi hal” kimi dəyərləndirib və belə silahlı fəaliyyətlərin nüvə obyektləri yaxınlığında qəbuledilməz olduğunu vurğulayıb.
Səhər keçirilən texniki baxış zamanı mütəxəssislər 5-ci və 6-cı reaktorların yaxınlığında onlarla giliz aşkarlayıblar. Lakin infrastrukturda hər hansı zədələnmə qeydə alınmayıb.
Agentlik baş verənlərlə bağlı ətraflı izahat və əlavə məlumat tələb etdiyini açıqlayıb. konkret.az/