AZ

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 5 İL ÖTÜR

Ajans.az xatırladır ki, hər iki hərbi qulluqçu 2020-ci il iyulun 14-də Tovuz döyüşlərində ön xətdə qəhrəmancasına şəhid olublar.  2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub. 14 iyul səhəri Azərbaycan tarixinə qara hərflərlə yazıldı, ancaq bu qara səhifənin içində iki parlaq ad – General-mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev millətin yaddaşında qəhrəmanlıq, şücaət və vətən sevgisinin simvolu kimi həkk olundu. Onların şəhidliyi təkcə ailələri üçün deyil, bütöv Azərbaycan xalqı üçün dərin bir yaraya, həm də oyanışa çevrildi.  Ajans.az görüntüləri sizlərə təqdim edir:

Seçilən
39
Ajans.az

1Mənbələr