AZ

Xocalının bu kəndlərinə ilk köç yola salındı

Bu gün Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç karvanı yola salınıb.
 
Moderator.az xəbər verir ki, ilkin mərhələdə Təzəbinə kəndinə 28 ailə (125 nəfər), Xanyurdu kəndinə isə 33 ailə (122 nəfər) köçürülür.
 
Bununla da Xocalı rayonunun 4 yaşayış məntəqəsində 327 ailə, yəni 1433 nəfərin daimi məskunlaşması təmin ediləcək.
 
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hər iki kəndə köçən sakinlərin qarşılanma mərasimi keçiriləcək, mənzillərin açarları təqdim olunacaq.
 
Qeyd edək ki, həm Təzəbinə, həm də Xanyurdu kəndləri işğaldan azad edildikdən sonra yenidən qurulub. Hər iki yaşayış məntəqəsində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, lazımi infrastruktur yaradılıb, təmizlik və digər abadlıq işləri görülüb.
 
Seçilən
62
2
moderator.az

10Mənbələr