AZ

Marsdan yer kürəsinə düşmüş daş parçası 4 milyona satışa çıxarılıb-FOTO

Mars planetindən yerə düşmüş 25 kiloqramlıq daş hərraca çıxarılıb. Onun hərracda təxmini qiyməti 2 ilə 4 milyon dollar arasındadır.

AzPost Associated Pressə-ə istinadən xəbər verir ki, bu, Yer kürəsində Mars planetinin indiyə qədər tapılmış ən böyük parçasıdır.

Hərrac çərşənbə günü Nyu-Yorkda Sotheby’s hərrac evində keçiriləcək.

NWA 16788 kimi tanınan daş təbiət tarixi mövzusunda satış kimi təqdim olunacaq.

Hərrac evinin məlumatına görə, meteoritin Yerə  güclü asteroid zərbəsi nəticəsində Marsın səthindən atıldığı güman edilir, daş Saxara səhrasına düşüb.

Sotheby’s-in məlumatına görə, meteorit ovçusu onu 2023-cü ilin noyabrında Nigerdə tapıb. Qırmızı, qəhvəyi və boz çalarlı daş parçası Yerdə tapılan digər ən böyük Marsın parçasından təxminən 70% daha böyükdür. Onun ölçüləri demək olar ki, 375x279x152 millimetrdir.

Sotheby’s-in məlumatına görə, Yer kürəsində tapılan 77 000-dən çox rəsmi tanınan meteoritdən yalnız 400 meteorit Mars mənşəlidir.

Sotheby’s-in elm və təbiət tarixi üzrə vitse-prezidenti Kassandra Hatton qırmızı planetin kiçik bir hissəsinin götürüldüyünü və onun Marsdan olduğunu təsdiqləyən xüsusi laboratoriyaya göndərildiyini söyləyib. Onun sözlərinə görə, daş tikəsi 1976-cı ildə Marsa enən “Vikinq” kosmik zondunun uçuşu zamanı aşkar edilmiş Mars meteoritlərinin kimyəvi tərkibi ilə müqayisə edilib.

Mütəxəssislərin təhlili göstərdi ki, bu, Mars maqmasının yavaş soyuması nəticəsində əmələ gələn Mars süxurunun bir növüdür. Sotheby’s bildirib ki, daş incə teksturaya malikdir və tərkibində piroksen və olivin mineralları var. O həm də şüşəvari səthə malikdir. Buna səbəb çox güman ki, Yer atmosferinə düşərkən yandığı yüksək temperatur olub.

AzPost.az

Seçilən
27
azpost.info

1Mənbələr