AZ

Körpələrdə "diş qızdırması" neçə gün davam edir? -Əlamətləri


Diş çıxarma zamanı (xalq arasında “diş qızdırması” kimi tanınır) uşaqda müşahidə olunan qızdırma adətən aşağı dərəcəli olur (37.5–38°C) və 1–3 gün davam edə bilər.

Medicina.az xəbər verir ki, bu dövrdə uşaqlarda həmçinin aşağıdakı əlamətlər görünə bilər:

Diş ətində şişkinlik və qaşınma

Ağızdan daha çox tüpürcək axması

Əsəbilik və yuxu problemləri

Az yemək istəyi

Bəzən ishal və ya səpkilər

Nəzərə alınmalı vacib məqam:

Əgər uşağın qızdırması 38.5°C-dən yuxarıdır və ya 3 gündən çox davam edirsə, bu artıq diş çıxarma ilə yox, başqa bir infeksiya ilə bağlı ola bilər (məsələn, virus və ya bakterial infeksiya). Bu halda həkimə müraciət vacibdir.

Aygün
Mediicina.az

Seçilən
97
medicina.az

1Mənbələr