AZ

Ukraynanın Baş naziri yeni müdafiə naziri ola bilər

Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin yeni müdafiə naziri ola bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə RBC-Ukrayna mənbələrinə istinadən məlumat yayıb.

 

Nəşrin yazdığına görə, Şmıqalın yerini baş nazirin müavini Yuliya Sviridenko tutacaq və Ukrayna Müdafiə Nazirliyinin hazırkı rəhbəri Rustem Umerov Kiyevin ABŞ-dəki səfiri təyin oluna bilər.

 

Nəşr bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski artıq hökumətdə dəyişikliklərlə bağlı qərar verib.

 

Bundan əlavə, bəzi nazirliklərin birləşməsi və Nazirlər Kabineti daxilində səlahiyyətlərin yenidən bölüşdürülməsi gözlənilir.

 

Belə ki, hazırkı bir neçə nazir vəzifəsini itirə bilər, lakin konkret adlar hələ müəyyənləşməyib.

Seçilən
54
4
sfera.az

10Mənbələr