Klublararası dünya çempionatının "Çelsi" - PSJ final matçından sonra qalmaqal yaşanıb.
QOLaz xəbər verir ki, dava iki komandanın futbolçuları arasında olub. Lakin daha sonra Paris təmsilçisinin baş məşqçisi Luis Enrike London təmsilçisinin oyunçusu Joao Pedronun boğazından tutub və itələyib.
Qeyd edək ki, turnirin finalında "Çelsi" 3:0 hesablı qələbə qazanıb. İngiltərə təmsilçisinə kuboku ABŞ Prezidenti Donald Tramp təqdim edib.