AZ

Tramp PSJ-nin qapıçısına medal təqdim edib

ABŞ prezidenti Donald Tramp klublararası dünya çempionatının finalından sonra keçirilən mükafatlandırma mərasimində Fransanın PSJ klubunun qapıçısı Matvey Safonova gümüş medal təqdim edib. 

"Unikal" xəbər verir ki, İngiltərənin "Çelsi" klubu Klublararası Dünya Çempionatının qalibi olub. Finalda PSJ-ni 3:0 hesabı ilə məğlub ediblər.

Tramp gümüş medalı rusiyalı qapıçının boynuna taxaraq, onun əlini sıxıb və çiyninə vurub.

Qaliblərin və gümüş mükafatçıların mükafatlandırılması mərasimində Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantino da iştirak edib.

Seçilən
24
10
unikal.az

10Mənbələr