AZ

"Nvidia" rəhbəri Pekində mətbuat brifinqi keçirəcək

"Nvidia" şirkətinin baş icraçı direktoru Censen Huan 16 iyulda Pekində mətbuat konfransı keçirəcək.

Valyuta.az xəbər verir ki, bu, onun 2025-ci ildə Çinə ikinci səfəridir. Aprel ayında etdiyi əvvəlki səfərində Huan Çin bazarının şirkət üçün strateji əhəmiyyətini vurğulamışdı.

ABŞ 2022-ci ildən etibarən "Nvidia"nın qabaqcıl çiplərinin Çinə satışına məhdudiyyətlər qoyub. 2025-ci ildə isə süni intellekt üçün nəzərdə tutulan H20 çiplərinin də ixracı qadağan edilib.

Huanın səfəri ABŞ-da diqqətlə izlənilir. İki senator ondan hərbi və kəşfiyyatla əlaqəli Çin şirkətləri ilə görüşlərdən çəkinməyi tələb edib.

Çin "Nvidia" üçün mühüm bazar olaraq qalır – 2025-ci maliyyə ilində ölkə şirkətə 17 milyard dollar gəlir gətirib. "Nvidia"nın bazar dəyəri isə bu yaxınlarda 4 trilyon dolları keçib.

Sərvanə Rəmixanova

Seçilən
79
valyuta.az

1Mənbələr