AZ

Şəhid Atama and içirəm: Vətən hər zaman var olacaq! - Milli Qəhrəmanın OĞLU

Vətən müharibəsinə gedən yolda şəhid olan qəhrəmanlarımızdan biri də polkovnik İlqar Mirzəyev olub. 14 iyul onun şəhadətə ucaldığı gündür. 

Milli Qəhramandan yadigar qalan oğlu Elvin Mirzəyev atasının şəhidlik məqamına ucaldığı bu gündə emosional duyğularını ifadə edib.

Modern.az Elvin Mirzəyevin atası ilə bağlı duyğusal paylaşımı təqdim edir:

"Canım atam. Şəhidlik məqamına ucalmağından 5 il ötdü. Bəzən, bu sözü deyəndə qəribə gəlir mənə çünki, sən onsuzda sağlığında elə uca, elə gözəl və dəyərli insanıydın ki. Atam sənsiz keçən bu 5 il mənə çox amma çox ağır oldu. Atasızlıq həm öyrətdi həyata tutunmağa, həm də bir insana ATA necə lazımıymış onu bildirdi mənə. Sən bütün sahələrdə öz vəzifəni mükəmməl şəkildə yerinə yetirdin bundan əmin ol. İstər ata kimi istər şəxsiyyət və zabit kimi. Nə xoş mənə sənin kimi bir insanın övladıyam nə xoş mənə sənin kimi bir şəxsiyyətin davamçısıyam. İdealım, həyatda hər zaman çalışacam sənin kimi ŞƏXSİYYƏT olum sənin kimi ATA olum. Sən haqqda hər zaman danışılacaq heç zaman unudulmayacaqsan və sənin ardınca minlər milyonlar bu şərəfli yola baş qoyacaq. Sənin və sizlər kimi şəhidlərin bizlərə ötürdüyü, əmanət etdiyi bu doğma vətən hər zaman var olacaqdır. Üç rəngli bayrağımız başımızın üstündə daim dalğalanacaqdır. Baş əyirəm, ruhun qarşısında, öpürəm qanının axdığı VƏTƏN torpağından. Ailəmizə əmanət etdiyin şərəfli adını ucalardan uca edəcəyimizə söz veririk. Doğma Azərbaycanımız hər zaman var olacaq, imkan verməyəcəyik düşmən silahı sərhədə tuşlansın,qoymayacayıq bir düşmən gülləsi bu torpağa atılsın. Necə ki 5 il bundan əvvəl yumruq olub , birlik olub düşmənin başını əzdik, bundan sonra da həmin qətiyyətlə həm sərhəddə, həm siyasəttə irəliləyəcəyik. Ruhun şad olsun Qəhrəmanım,ruhun şad olsun millətin Qəhrəmanı".

Qeyd edək ki, Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Komandir müavini olan general-mayor Polad Həşimov, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid olublar.

Seçilən
12
modern.az

1Mənbələr