AZ

Suriyanın cənubunda silahlı toqquşmalar: 37 nəfər həlak olub

Vətəninfo.az xəbər verir ki, Suriyanın cənubunda qəbilələr arasında silahlı toqquşmalar: 37 nəfər həlak olub.

Suriyanın cənub-qərbindəki Əs-Suveyda əyalətində suriyalı druz və bədəvi qəbilələri arasında silahlı toqquşmalar davam edir.

Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, ölənlərin sayı artıq 37 nəfərə çatıb ki, onlardan 27-si druz, 10-u bədəvidir. Daha 50 nəfər yaralanıb.

Qeyd edilir ki, Dəməşq-Əs-Suveyda yolundakı polis nəzarət məntəqəsinə də hücum edilib. Hadisə yerinə əlavə daxili təhlükəsizlik qüvvələri cəlb edilib.

Seçilən
80
veteninfo.az

1Mənbələr