AZ

TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - Video

Xəbər verdiyimiz kimi, 12 iyulda TRT-nin efirində Urmiyanın guya kürdlərin şəhəri olması, buradakı kürd mədəniyyəti, ənənələri ilə bağlı veriliş yayımlanıb. Veriliş azərbaycanlıların ciddi etirazı ilə qarşılanıb.

Axar.az xəbər verir ki, etirazın kütləviləşməsi və burada siyasi çalar axtarılması təsadüf deyil. Çünki bir müddətdir kürdlərin Urmiyada yerləşdirilməsi prosesi genişləndirilib və kürdlər bu şəhərə iddialarını ortaya qoyublar. Azərbaycanlılar isə buna dəfələrlə etiraz ediblər və hətta kürdlərin belə bir təşəbbüsünün arxasında İran hakimiyyətinin dayandığını bildiriblər. Güneyli fəalların sözlərinə görə, İran rejimi qəsdən iki xalq arasında konflikt yaratmaq üçün bu ideyanı ortaya atıb və kürdlərdən bu məsələdə sui-istifadə edir.

Urmiyada buna qarşı aksiyalar da keçirilib və “Kürdlər qonağımızdır” şüarları səsləndirilib, seçkilərdə kürdlərin kütləvi şəkildə Urmiyaya gələrək, burada öz namizədlərini seçməsi pislənilib (İran qanunlarına görə, vətəndaş İran ərazisində istənilən məntəqədə səs verə və həmin dairədən deputatlığa namizədi dəstəkləyə bilər – red.)

Bu baxımda TRT-də yayımlanan verilişin təsadüfi olmadığı haqda iddialar səsləndirilir və DAK İH artıq bu məsələyə münasibət bildirərək, olayı pisləyib.

13 iyulda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin TRT telekanalının rəhbərini dəyişdirməsi haqda məlumat yayılıb. Belə ki, qərara əsasən, Mehmet Zahid Sobacı baş direktor təyin edilib, Firudin Yılmaz isə sədr vəzifəsinə gətirilib.

TRT-nin 12 iyulda yaydığı sözügedən verilişdən bir gün sonra rəhbərlikdə dəyişikik sosial şəbəkələrdə Ərdoğanın ciddi yanlışa yol verən kanal rəhbərliyini cəzalandırması kimi qəbul olunub.

Amma təəssüf ki, hazırda TRT-nin sözügedən verilişi rəsmi Yutub kanalında tirajlanmaqda davam edir. Bu isə o deməkdir ki, əgər TRT rəhbərliyi 12 iyulda gedən verilişə görə cəzalandırılsaydı, onda veriliş də rəsmi yayım platformalarından qaldırılmalı idi.

Hər bir halda qərarın səbəbi və TRT-nin yanlışı ilə bağlı kanala redaksiyamız tərəfindən sorğu verilib.

Seçilən
8
6
axar.az

7Mənbələr