AZ

“Snapback” mexanizminin tətbiqi İranla qarşılaşmaq istiqamətindədir – Bəqai

Bakı. Trend:

Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasının qətnamələrini bərpa edəbiləcək “Snapback” mexanizminin tətbiq olunmasını İranlaqarşılaşmaq hesab edir.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (14 iyul) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, baş verən son hadisələri və İrana hücumlarınəzərə aldıqda “Snapback” mexanizminin tətbiq olunmasının heç birhüquqi və siyasi əsası yoxdur.

Bəqai bildirib ki, İran hələ də özünü Hərtərəfli Birgə FəaliyyətPlanının (JCPOA) üzvü hesab edir və öhdəliklərini ABŞ və qarşıtərəflərin öz öhdəliklərini bir il yerinə yetirməməsi qarşılığındaazaldıb.

Nazirlik rəsmisi qeyd edib ki, İran əleyhinə qeyd olunanmexanizm tətbiq olunduğu halda, qarşılıqlı cavab veriləcək.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cümüddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfinplanı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMTTəhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMTTəhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbiəməliyyat icazəsi verir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Seçilən
52
az.trend.az

1Mənbələr