AZ

Bitkoinin qiyməti rekord vurdu

Bitkoinin qiyməti 120.000 dolları keçərək bütün zamanların rekordunu vurdu.

Ölkə.az xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.

Bildirilir ki, bitkoinin hazırki qiyməti 121 014,73 dollar olub.

Qeyd edək ki, bitkoinin qiyməti sonuncu dəfə 2025-ci il mayın 22-də 111 980 dollara qədər yüksələrək bütün zamanların ən yüksək həddinə çatmışdı.

Həmidə İbrahimova

Seçilən
34
olke.az

1Mənbələr