Suriyanın cənubundakı Suveyda şəhərində məzhəblərarası toqquşmalar nəticəsində azı 30 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb.
Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, toquşma bir sıra adam oğurluğundan, o cümlədən Dürzi tacirinin Dəməşqi Suveyda ilə birləşdirən magistral yolda qaçırılmasından sonra başlayıb.Bədəvi qəbilə döyüşçüləri və druz milislərinin iştirak etdiyi toqquşmalar bədəvi qəbilələrinin yaşadığı Məqvas məhəlləsində cəmləşib.
Toqquşmadan sonra onlarla yaralı Suveyda və yaxınlıqdakı Dəra şəhəri xəstəxanalarına çatdırılıb.
Asim