AZ

Rusiyada Mi-8 helikopteri radarlardan itdi

“Vzlyot” aviaşirkətinə məxsus Mi-8 helikopteri Rusiyanın Oxotsk şəhərindən Maqadana uçan zaman radarlardan itib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, helikopterin göyərtəsində üçü ekipaj üzvü və ikisi texnik olmaqla 5 nəfər olub.

Qeyd olunub ki, helikopter yerli vaxtla saat 19:00-da Maqadan şəhərinə çatmalı idi. Lakin Mİ-8 Uşki körfəzinə çatmamış Maqadanın sərhədindən 50 km məsafədə yerləşən Loşadinaya körfəzi ərazisində radarlardan itib.

Helikopterin axtarışına Oxotskdan Mi-8 helikopteri, Maqadandan isə An-26 təyyarəsi cəlb olunub.

Seçilən
46
1
qafqazinfo.az

2Mənbələr