AZ

Abşeronda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 56-cı illiyi qeyd edilib.

"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin respublikamızın inkişafındakı və bir dövlət kimi məhv olmaq təhlükəsinin aradan qaldırılmasındakı misilsiz xidmətlərindən ətraflı danışıb. RİH başçısı Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixindən başlayaraq ölkəmizdə yaşanan intibahdan, respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan danışıb, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu qeyd edərək vurğulayıb ki, Ulu Öndər ömrünü dövlətimizin çiçəklənməsinə və rifahına, xalqımızın inkişafına həsr edib.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. 

Daha sonra Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu Vəli Vəlizadə çıxış edərək xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən danışıb, müdrik siyasətçinin hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycanda iqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar əldə olunduğunu qeyd edib.

Seçilən
22
11
unikal.az

2Mənbələr