AZ

Suveydada toqquşmalarda 30 nəfər ölüb, 100 nəfər yaralanıb

Suriya cənubundakı Suveyda əyalətində bədəvi silahlı qruplarının bir-birinə məxsus avtomobilləri ələ keçirməsi ilə başlayan qarşıdurmalarda 30 nəfər ölüb, 100 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.

Bəyanatda bu hadisələrin rəsmi qurumların olmaması və bölgədə təhlükəsizlik boşluğunun olduğu bir şəraitdə baş verdiyi vurğulanıb.

Açıqlamada qeyd edilib ki, ictimai təhlükəsizliklə bağlı narahatlıqlar dərinləşib və mülki şəxslərin çağırışlarına baxmayaraq zorakılıq davam edir.

Bəyanatda bildirilir ki, toqquşmalar birbaşa ictimai təhlükəsizliyi təhdid edir və sosial sülhü ciddi şəkildə pozur. Həmçinin bildirilib ki, Daxili İşlər Nazirliyinin bölmələri Müdafiə Nazirliyi ilə koordinasiyada insidentlərə nəzarət etmək üçün bölgəyə müdaxilə edib.

Nazirlik həmçinin silahlı toqquşmalarda iştirak edən şəxslərin məhkəmə orqanlarına təhvil veriləcəyini və belə hadisələrin təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.

Seçilən
73
operativmm.az

1Mənbələr