Azərbaycanlı hakim futboldan uzaqlaşdırılıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Rauf Allahverdiyevdən gedir. Premyer Liqa referisi sərt cəzalandırılıb.
Buna səbəb onun adının oyun-alqı satqısında hallanması olub. Allahverdiyev bu iddia ilə işindən uzaqlaşdırılıb.
Xatırladaq ki, təcrübəli referi karyerası ərzində 30 Premyer Liqa oyununa çıxıb və 7 dəfə Azərbaycan Kuboku görüşü idarə edib.
Həsən Quluzadə