AZ

Hərbi təyyarə ilə manikürə gedən qadın müdafiə nazirinin sevgilisidir? - VİDEO

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz itkin düşüb. O Gədəbəy rayon Düzürt kənd sakini, 1987-ci il təvəllüdlü Teymur Sahib oğlu İsmayılovdur.

Avtosfer.az xəbər verir ki, bu barədə "Mecra.az"a açıqlamasında Teymur İsmayılovun oğlu Emin İsgəndərov atasının Rusiya ordusunda döyüşlərə qatıldığını bildirib:

“Atam uzun illər Rusiyanın Saratov şəhərində yaşayıb və anamla ailə qurandan sonra anamı da özüylə ora aparıb. Sonra bacım və mən dünyaya gəlmişəm. Orda evimiz və maşınımız da var idi. Atamın isə sənədləri qaydasında deyildi deyə həmişə problemlə üzləşirdi və çalışırdı ki, sənədlərini düzəltsin”.

E.İsgəndərov deyib ki, Rusiyada vəziyyət yaxşı olmadığı üçün onlar Azərbaycana köçmək qərarına gəliblər. Atası onları yola salandan sonra maşını və evi satıb o da gələsiymiş:

“Anam və bacımla Azərbaycana qayıtdıq. Bir də xəbər tutduq ki, atamı müharibəyə göndəriblər. Öyrəndik ki, o sənədlərini düzəltirmək istəyəndə ona sənədlər imzalatdırıb müharibəyə göndəriblər. Bu il fevralın 25-də onu döyüş bölgəsinə göndəriblər. Martın 28-nə kimi isə biz onunla əlaqə saxlayırdıq. Bildirirdi ki, onlar Donetsk şəhərindədirlər”.

O, deyib ki, martın 28-dən sonra atası ilə əlaqələri kəsilib:

“Təlimlərdə olanda bizimlə danışırdı və dedi ki, bilmədən sənədlərə imza çəkmişəm, bilmirdim belə olacaq. Çünki onun bir böyrəyi yox idi deyə düşünürdü ki, onu müharibəyə aparmazlar. Martın 28-dən sonra isə atamla əlaqə kəsildi. Azərbaycan və Rusiya səfirliklərinə müraciət etdik, axtarışa vermişik, amma ondan xəbər ala bilməmişik”.

Onun sözlərinə görə, atasının döyüş yoldaşı milliyətcə azərbaycanlı olan bir nəfər deyib ki, Teymur İsgəndərov itkin düşənlərin siyahısındadır:

“O dedi ki, 85 nəfər döyüşçünün hamısı həlak olub və onlardan 4 nəfəri isə itkin düşüb. Məhz Teymur da o itkin düşənlərin siyahısındadır. Amma indiyə kimi heç bir məlumat ala bilməmişik. Müvafiq qurumlardan xahişimiz odur ki, atamın tapılması üçün bizə köməklik etsinlər”.

Seçilən
6
avtosfer.az

1Mənbələr