Avropa İttifaqı (Aİ) Ermənistana dezinformasiya və kibertəhdidlərə qarşı mübarizədə əməkdaşlıq təklif edib.
"Report" xəbər verir ki, bu barədə erməni KİV-ləri Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən məluma yayıb.
Məlumata görə, Brüssel İrəvana təhlükəsizlik sahəsində təhdidlərə, o cümlədən informasiya manipulyasiyalarına, xarici müdaxilələrə və kiberhücumlara qarşı mübarizə üçün Aİ alətlərindən istifadə etməyi təklif edib.
Ermənistanın informasiya ekosisteminin dəstəklənməsi çərçivəsində Avropa İttifaqı həmçinin müstəqil KİV-lərin gücləndirilməsi üçün 1,5 milyon avro məbləğində yeni yardım paketi elan edib.