AZ

Azərbaycanlı iş adamı Türkiyə futbolunun tarixinə düşdü

Azərbaycanlı iş adamı Tufan Sadıqov Türkiyə klubunun bütün hissələrini satın alıb.

İdmanxeber.az-ın məlumatına görə, biznesmen I Liqada çıxış edən “Serikspor”un yeni sahibi olub. Daha öncə Sadıqovun klubun səhmlərinin yarısını 4  milyon avro qarşılığında satın aldığı bildirilmişdi.

Ancaq bu gün yerli mətbuat azərbaycanlı iş adamının klubun tamamını satın aldığını iddia edib.

Xatırladaq ki, Türkiyə futbolunda ilk dəfə hansısa bir klubun bütün hissələri xarici ivestora satılıb.

Seçilən
7
idmanxeber.az

1Mənbələr