AZ

Araz çayında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Araz çayında batan şəxsin kimliyi məlum olub.

Moderator.az-ın məlumatına görə, Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batan şəxsin 2008-ci il təvəllüdlü Süleyman Cahangirlidir.

Hazırda onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

16:15

Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində bir nəfər batıb.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Seçilən
119
5
moderator.az

10Mənbələr