AZ

"Brent" neftinin qiyməti iyundan bəri ilk dəfə 71 dolları ötdü

BAKI, 14 iyul. TELEQRAF

Londonun ICE birjasında 2025-ci ilin sentyabrında təhvil veriləcək "Brent" markalı neftin fyuçers qiyməti iyunun 23-dən bəri ilk dəfə olaraq bir barel üçün 71 ABŞ dollarını keçib.

Teleqraf birja məlumatlarına əsasən xəbər verir ki, "Brent" neftinin qiyməti 0,96% artaraq bir barel üçün 71,14 dollar olub.

Eyni zamanda, 2025-ci ilin avqust ayında təhvil veriləcək WTI markalı neftin fyuçers qiyməti isə 0,95% artaraq bir barel üçün 69,10 dollar olub.

Seçilən
43
teleqraf.com

1Mənbələr