ABŞ prezidenti Donald Tramp F-16 qırıcılarını təchiz etmək üçün Ukraynaya uzaqmənzilli JASSM raketləri göndərməyi düşünür.
“İki sahil” xəbər verir ki, bu barədə "Military Watch Magazine" məlumat yayıb.
Əsas AGM-148A versiyası 370 km, AGM-158B (və ya JASSM-ER) versiyası isə 926 km məsafəyə malikdir.
Axios mənbələri daha əvvəl bildirmişdilər ki, Donald Trampın yaxın vaxtlarda elan edə biləcəyi Ukraynaya yardım paketinə uzaqmənzilli raketlər də daxil olacaq.
2003-cü ildə ABŞ ilə xidmətə girən JASSM raketləri yüksək istiqamətləndirmə dəqiqliyinə malikdir və 450 kq-a qədər çəkisi olan döyüş başlığı daşıya bilir, eyni zamanda hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanması çətinləşir. Avropada JASSM hazırda Polşa və Finlandiyada xidmətdədir.