AZ

İşəgötürənlərin NƏZƏRİNƏ: İşçi ilə bağlı bunu etməsəniz, məsuliyyətə cəlb olunacaqsınız

Yay aylarında temperaturun yüksəlməsi ilə bağlı iş saatlarının tənzimlənməsi məsələsi yenidən aktuallaşıb. Bəs, isti havada iş saatı necə tənzimlənməlidir?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib ki, bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsi və ona bağlı normativ aktlarla tənzimlənir.

Alınan

Onun sözlərinə görə, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 41 dərəcə selsidən çox olduqda, açıq havada və sərinləşdirici qurğuları olmayan yerlərdə iş prosesinə fasilələr verilməli, yaxud iş tamamilə dayandırılmalıdır.

“Əmək Məcəlləsinə əlavə olunan 2 saylı əlavənin birinci bəndində də bu açıq şəkildə qeyd olunur. Yəni işçilər isti hava şəraitində fasilələrlə işləməli və ya iş müvəqqəti dayandırılmalıdır. Əgər işəgötürən bu qaydalara əməl etməzsə, o, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunur,” – deyə hüquqşünas bildirib.

Qeyd edək ki, bu tələblər həm açıq sahələrdə, həm də ilin soyuq vaxtlarında qızdırılmayan binalarda işləyən şəxslərə şamil edilir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr