AZ

Paşinyana Brüsseldə nə vəd olunub?

Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında üçtərəfli görüş keçirilib. 

“Cebheinfo.az”-ın mlumatına görə, görüşdən sonra tərəflər ikitərəfli əməkdaşlığın gücləndirilməsinə və Ermənistanda demokratik islahatların dəstəklənməsinə sadiq olduqlarını bəyan ediblər.

İyulun 14-də baş tutan müzakirələrdə liderlər yeni Aİ-Ermənistan Tərəfdaşlıq Gündəliyi üzrə əldə edilmiş siyasi razılaşmanı yüksək qiymətləndirib və viza rejiminin liberallaşdırılması ilə bağlı əldə edilən irəliləyişdən məmnunluq ifadə ediblər. Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunu qəbul etməsi ölkənin Avropa yönümlülüyündə mühüm addım kimi xüsusi qeyd edilib. 

Avropa İttifaqı “Qlobal Giriş qapısı” strategiyası çərçivəsində investisiyaların həcmini 2,5 milyard avroya çatdırmağa hazır olduğunu təsdiqləyib.  Tərəflərin fikrincə, bu, inklüziv artıma və daha möhkəm əlaqələrə töhfə verəcək. 

Bundan başqa, Aİ Ermənistana “Davamlılıq və İnkişaf” proqramı çərçivəsində 270 milyon avro məbləğində maliyyə dəstəyinin artırıldığını elan edi. Bu da əvvəlki yardım səviyyəsindən 50 faiz çoxdur. Bu dəstəyə həm qrant maliyyəsi, həm də enerji, nəqliyyat və özəl sektorda investisiyalar daxildir. 

Prioritetlərə həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə üzrə məsləhətləşmələrin başlanması, həmçinin dezinformasiya, kibertəhdidlər və kənar müdaxilələrə qarşı tədbirlər daxildir. Bu kontekstdə Aİ Ermənistanda müstəqil mediaya dəstək üçün 1,5 milyon avroluq yeni yardım paketi təqdim edib.

Liderlər, həmçinin İrəvanın “Sülh  kəsişməsi” təşəbbüsünü alqışlayıblar və Ermənistanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün atdığı addımları yüksək qiymətləndiriblər. Həm Azərbaycanla danışıqlarda, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində ölkənin regional sabitliyin təmin edilməsində mühüm rolu qeyd olunub.

Seçilən
34
cebheinfo.az

1Mənbələr