Aİ ABŞ-la ticarət razılaşması əldə olunmazsa, ümumi dəyəri 21 milyard avro olan Amerika malları üçün rüsumların siyahısını hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib.
"Avropanın 21 milyard avroluq tariflərinin siyahısı artıq hazırdır və ona ikincisini də əlavə etmək olar. Əminəm ki, irəliləyiş əldə olunacaq. Tariflər ABŞ-dan başlayaraq hamı üçün zərərlidir. Fond bazarı düşərsə, amerikalıların pensiyaları və əmanətləri risk altında olacaq", - o deyib.
Tajani əlavə edib ki, Aİ və ABŞ Böyük Britaniya kimi prinsipcə razılığa gələ və yaxın aylarda fərdi ticarət kateqoriyaları üzrə texniki danışıqlara başlaya bilər.