Paytaxtın Cavadxan küçəsində qayda pozan avtobus sürücüsü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 14-də saat 11:30 radələrində qeydə alınıb. Belə ki, “BakuBus” MMC-yə məxsus “BMC” markalı 205 nömrəli marşrut xətti üzrə hərəkət edən 15739 eyniləşdirmə kodu olan “BMC” markalı avtobusun sürücüsü sərnişinləri təhlükəyə atıb. Kadrdan da göründüyü kimi, yaxınlıqda dayanacağın olmasına baxmayaraq o, yolun hərəkət hissəsində dayanaraq sərnişin mindirib-düşürüb. Eyni zamanda qayda pozan sürücü digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Nəticədə sürücülər yollarına davam etmək üçün qoşa xətti tapdalamaq məcburiyyətində qalıblar.
Nərmin