AZ

Qocalar evində yanğın - Ölənlər və yaralananlar var

ABŞ-nin Massaçusets ştatında qocalar evində baş verən yanğında azı doqquz nəfər həlak olub, daha 30 nəfər isə xəsarət alıb.

Moderator.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Massaçusets ştatının "Fall River" şəhərində yerləşən "Gabriel House" adlı qocalar evində baş verib. Yanğın zamanı orada təxminən 70 sakin olub.

Alovun söndürülməsinə təxminən 50 yanğınsöndürən cəlb olunub.

Agentliyin bildirdiyinə görə, sıx tüstü və alov binada olanların təxliyə yolunu kəsib. Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Seçilən
151
moderator.az

1Mənbələr