Almaniyanın müdafiə naziri Boris Pistorius Financial Times qəzetinə müsahibəsində Rusiyanın mümkün təcavüzü halında Almaniya ordusunun hərbi qarşıdurmaya tam hazır olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, nazirin sözlərinə görə, əgər Rusiya NATO üzvü olan bir ölkəyə hücum etsə, Bundesver (Almaniya ordusu) rus əsgərlərinə qarşı ölümcül gücdən istifadə etməkdən çəkinməyəcək:
“Əgər sülh və gərginliyin azaldılmasından bərabər əsaslarla danışmaq istəyirsinizsə, bunu yalnız güc mövqeyindən edə bilərsiniz”, – deyə Pistorius bildirib.
O əlavə edib ki, bu mövqe qorxutmaq üçün yox, potensial rəqibə aydın mesaj vermək üçündür: “Biz nəyə qadir olduğumuzu bilirik. Sizinlə sülh içində yaşamaq istəyirik, amma zəif olduğumuzu və özümüzü müdafiə edə bilməyəcəyimizi düşünməyin.”
Almaniya naziri bu açıqlama ilə Avropada artan təhlükəsizlik narahatlıqları fonunda NATO-nun kollektiv müdafiə prinsipinə sadiqliyini bir daha vurğulayıb.
Natiq Səlim,
KONKRET.az